Xəzər Xəbər

"WhatsApp"da yeni funksiya işə salınır - foto və videolar avtomatik silinəcək

Bu funksiyanın yaxın günlərdə hər kəs üçün işə salınacağı bildirilir
Texnologiya | 14:37 • 4 Avqust 2021
"WhatsApp"da yeni funksiya işə salınır - foto və videolar avtomatik silinəcək

"WhatsApp" messencerində yeni funksiya işə salınır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə messencerin sahibi olan "Facebook" şirkətindən bildiriblər.

Yeni funksiyaya əsasən, messencerdə göndərilən foto və videolar bir dəfə baxıldıqdan sonra yazışmadan avtomatik silinəcək.

İstifadəçinin göndərdiyi foto və ya video fayl digər istifadəçi tərəfindən baxıldıqdan sonra onun yerində "Baxıldı" yazısı peyda olacaq. Bunun üçün "Bir dəfə baxmaq" ("View once") funksiyasını işə salmaq kifayət edəcək.

Bu funksiyanın yaxın günlərdə hər kəs üçün işə salınacağı bildirilir.

Xəbər lenti

Çox oxunanlar