Xəzər Xəbər

"Teleqram"da yeni funksiyalar yaradıldı

Texnologiya | 448 | 09:55 • 31 İyul 2021
"Teleqram"da yeni funksiyalar yaradıldı

“Teleqram”da yeni imkanlar yaradılıb.

Messencerin saytı xəbər verir ki, indi 30-a qədər iştirakçı videokonfrans rejimində eyni vaxtda video translyasiya edə bilər. Bundan başqa, videokonfranslar 1 000-ə qədər izləyicini əhatə etməyə başlayıb - bunun sayəsində “teleqram” vasitəsilə mühazirələrin, konsertlərin və başqa kütləvi tədbirlərin yayımına baxmaq olar.

"Videomesajlar telefonunuzda lazımsız videoları saxlamadan ətrafınızda baş verənləri qısa zamanda dostlarınızla paylaşmağa imkan verir. Bu gündən etibarən təsvirin keyfiyyəti artırılıb - əgər alınan videomesajı tıklasanız, çat söhbəti tamamilə genişlənəcək", - məlumatda deyilir.

Bundan əlavə, kompüter üçün “teleqram” tətbiqində şəkil redaktoru yaradılıb: hər hansı şəkli və ya ekran görüntüsünü göndərməzdən əvvəl kəsə, çevirə, rəsm və ya stiker əlavə etmək olar./Publika.az 

Xəbər lenti