Xəzər Xəbər

DİQQƏT! Saat 17:00-da bu hadisə baş verəcək

Texnologiya | 12:19 • 20 İyul 2021
DİQQƏT! Saat 17:00-da bu hadisə baş verəcək

"Amazon" şirkətinin təsisçisi Ceff Bezos bu gün "Blue Origin" raketi ilə kosmosa səyahət edəcək.

Bu səyahətdə onu qardaşı Mark Bezos, 82 yaşlı Valli Fank və 18 yaşlı Oliver Daemen müşayiət edəcəklər. "New Shepard" adlı kosmik vasitə kosmik turizm bazarına xidmət etmək üçün hazırlanıb.

Uçuşla əlaqədar CBS kanalına açıqlama verən Bezos, "Həyəcanlıyam. İnsanlar məndən gərgin olub-olmadığını soruşurlar. Gərgin deyiləm. Nələr öyrənəcəyimiz çox maraqlıdır" deyə bildirib.

Bakı vaxtı ilə təxminən saat 17:00-da baş tutacaq uçuş Texasdakı xüsusi qərargahdan həyata keçiriləcək. Səyahətin ümumilikdə təxminən 10 dəqiqə çəkəcəyi gözlənilir./Redaktor.az 

Xəbər lenti