Xəzər Xəbər

İflic xəstəsinə 18 il sonra möcüzə metodu - Beyninə yerləşdirilən elektrodla yenidən danışdı...

Texnologiya | 15:29 • 18 İyul 2021
İflic xəstəsinə 18 il sonra möcüzə metodu - Beyninə yerləşdirilən elektrodla yenidən danışdı...

Bu metod ABŞ-da Kaliforniya Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilib.
 
Amerikada bir qəza nəticəsində iflic olan və bununla yanaşı, danışma qabiliyyətini itirən xəstə 18 il sonra danışa bilib. Belə ki, Kaliforiniya Universitetinin mütəxəssisləri xəstənin beyninə elektrodlar yerləşdirməklə hazırladıqları  alqoritm sayəsində xəstənin dediklərini kompüterə köçürə biliblər. 
 
Panco adlı xəstə bununla medianın gündəmini zəbt edib. Bildirilir ki, o, 2003-ci ildə bir futbol matçından qayıdarkən qəzaya düşüb. O, aldığı ağır bədən xəsarətlərindən sonra xəstəxanaya yerləşdirilib. Mədəsindən əməliyyat keçirən Panco bundan sonra yerimə və danışma qabiliyyətini itirib. Bununla da onun səssiz həyatı başlayıb. 
 
O, mətbuata açıqlamasında bunları deyib:
 
“Uğurlu bir nəticəylə qarşılaşıb və ya qarşılaşmayacağımı bilmirdim. Doktorlar səhhətimin yaxşıya doğru getməsiylə bağlı heç bir şans verməmişdi. Kimsəylə ünsiyyət qurmamaq, normal bir dialoq içində özünü ifadə edə bilməmək çox darıxdırıcıdı. İndi danışmaq üçün ikinci bir şans əldə etmiş kimiyəm”./Moderator.az

Xəbər lenti