Xəzər Xəbər

“Google”-da ciddi problem yarandı

“Android” smartfonlarında “Google” tətbiqinin işində problem yaranıb
Texnologiya | 11:44 • 22 İyun 2021
“Google”-da ciddi problem yarandı

“Android” əməliyyat sistemi ilə çalışan smartfonlarda “Google” tətbiqinin işində problemlər yaranıb.

Problemlə həm Azərbaycanda, digər ölkələrdə yaşayan “Android” smartfonlarının istifadəçiləri qarşılaşıb.

Belə ki, bir çox istifadəçi problem haqqında tvitterdə yazıb və telefonun ekranında görünən problem mesajının şəkillərini paylaşıb.

İddialara görə, “Android” smartfonlarında “Google”un işində problemin yaranmasına son yeniləmə səbəb olub.

“Google” şirkəti hələ ki, bununla bağlı rəsmi açıqlama verməyib./report

Xəbər lenti