Xəzər Xəbər

"WhatsApp"dan YENİLİK: Bir zəng hər şeyi HƏLL EDƏCƏK

Texnologiya | 09:25 • 8 İyun 2021
"WhatsApp"dan YENİLİK: Bir zəng hər şeyi HƏLL EDƏCƏK

Android qurğularının sahibləri WhatsApp hesablarına "fleş-zəng" vasitəsilə daxil ola biləcəklər.

Bu barədə "Webetainfo" məlumat yayıb.

Hazırda mesencerdə hesaba daxil olmaq üçün SMS-paroldan istifadə olunur - smartfona birdəfəlik şifrə gəlir.

Yeni funksiya işə düşəndən sonra telefona zəng gələcək, amma ona cavab vermək lazım olmayacaq - tətbiq bunu müstəqil şəkildə özü edəcək. Bunun üçün o, zənglərin tarixçəsinə əlçatanalığın təmin olunmasını istəyəcək.

Yenilik iOS-da əlçatan olmayacaq, çünki bu əməliyyat sistemində tətbiqlər zənglərin tarixçəsinə müdaxilə edə bilmirlər.

Xəbər lenti