Xəzər Xəbər

İlon Maskın bir tviti ilə kriptovalyuta bazarında yer yerindən oynadı

Texnologiya | 17:50 • 7 İyun 2021
İlon Maskın bir tviti ilə kriptovalyuta bazarında yer yerindən oynadı
"SpaceX" və "Tesla" şirkətlərinin təsisçisi İlon Maskın kriptovalyutalarla bağlı daha bir addımı gündəm olub.
 
Maskın tvitter hesabındakı bu dəfəki paylaşımı NFT məkanının kriptovalyutası olan "CumRocket”i yüksəldib. İş adamı yalnız emojilərdən istifadə edib və "qiymətlər aya çıxacaq” mesajı ötürüb. Bundan sonra 0.06 dollar olan "Cumrocket Coin”nin dəyəri 0.28 dollara qalxıb.
 
Qısa müddət ərzində 366 faiz bahalaşan "Cumrocket Coin”  07:51 etibarilə 0.1152 dollar səviyyəsinə qalxıb. Onun bazar dəyəri isə, 30 milyon dollara çatıb.
 
Qeyd edək ki, son zamanlar İlon Mask kriptovalyutalarla bağlı paylaşımları ilə birjalarda manipulyasiya etməkdə günahlandırılır./Sfera.az 

Xəbər lenti