Xəzər Xəbər

2030-cu ilədək bu peşələr yoxa çıxacaq, əvəzində yeniləri yaranacaq - SİYAHI

Texnologiya | 16:21 • 4 İyun 2021
2030-cu ilədək bu peşələr yoxa çıxacaq, əvəzində yeniləri yaranacaq - SİYAHI

Rəqəmsal texnologiyalar tezliklə bir sıra peşələri məhv edəcək.
 
"Superjob” analitiklərinin fikrincə, dörd ixtisasın mövcudluğuna dəqiq son qoyulacaq. Aşağıdakı peşələrin yox olacağı proqnozlaşdırılır:

mühasiblər

taksi sürücüləri

tır sürücüləri

xarici dil müəllimləri
 
Gələcəkdə sözügedən  peşə sahibləri İnternet ticarəti, informasiya təhlükəsizliyi mütəxəssisləri və hətta "TikTok” çarxlarının istehsalı üzrə prodüser" kimi peşələrə yiyələnə biləcəklər.

İlkin hesabat mühasibləri daha sürətlə yox olacaq, çünki məhdudiyyətlər elektron sənəd dövriyyəsinə keçilməsi üçün zəmin yaradıb, baş mühasiblərin sayı isə 2030-cu ilə qədər beş dəfə azalacaq. "Superjob” mətbuat xidmətinin rəhbəri Natalya İlçenko bildirib ki, ən peşəkar mühasiblər  distant qaydada  bir neçə firmanın işini apracaq.

2030-cu il ərəfəsində  pilotsuz taksilərin tətbiqi ilə əlaqədar olaraq, taksi sürücülərinə və taksiçilik edənlərə tələb bu günlə müqayisədə 90% azalacaq. Əslində, elə indidən tır sürücülərinin kvalifikasiyasını dəyişdirib, onları pilotsuz yük maşını sürücüsü kimi hazırlamaq lazımdır, amma təəssüf ki, onların əksəriyyəti tezliklə özünə başqa iş axtarmalı olacaq.
 
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, əslində bir sıra peşələrin tədricən dövriyyədən çıxarılması prosesi gedir.
 
Odur ki, ekspertlər süpürgəçi, kuryer, fəhlə, taksi sürücüsü, poçtalyon, xəzinədar, mühafizəçi və s. kimi peşələrin uzunğmürlülüyünə etibar etməməyə çağırır.
 
Amma əvəzində bu vaxtadək bizə məlum olmayan yeni peşələr meydana çıxır. Yeni rəqəmsal sahələrin yaranması  ilə işəgötürənlər getdikcə daha çox "TikTok” çarxlarının istehsalı üzrə prodüserlər, Data-science  üzrə mütəxəssislər və qiymətləndiricilər axtarmağa başlayıblar. İnformasiya təhlükəsizliyi və elektron ticarət mütəxəssislərinə tələbat da durmadan artır./Sfera.az

Xəbər lenti