Xəzər Xəbər

Ev üçün televizor - seçimi asanlaşdıran 10 sual

Texnologiya | 15:07 • 27 Aprel 2021
Ev üçün televizor - seçimi asanlaşdıran 10 sual

Çoxdan televizor  almamısınızsa, yenisinin seçimi sadə görünə bilər, axı böyük diaqonalı və yüksək qətnaməsi olan tanınmış brend məhsulunu almaq lazımdır. Lakin yeni nəsil televizorların texnoloji yeniliklərin siyahısı həm mağazada, həm onlayn alış-veriş edərkən sizi çaşdıra bilər. Çətinlik ondan ibarətdir ki, televizorların bütün imkanlarından istifadə etməsək, onlar üçün əlavə pul da ödəmək arzuolunmazdır.

Ən böyük diaqonalı seçmək lazımdır?

Televizoru geniş otağa alırsınızsa, məlum məsələdir ki, daha böyük diaqonalı götürməlisiniz. Bir neçə il əvvəl 50-65 düymlük televizorlar böyük sayılırdı və digərlərinə nisbətən daha baha idilər, lakin indi həmin ölçülər daha çox rast gəlinir, qiymət isə daha münasib olub.

Ekran qətnaməsi: “HD”, “Full HD”, “4K UHD” və “8K”nın fərqi nədir?

Qətnamənin növündən şəklin keyfiyyəti asılıdır, o yüksəldikcə, şəklin keyfiyyəti də yüksəlir. Sözsüz ki, siqnal da keyfiyyətli olduğu halda. Bü gün sadə “HD”li televizorlarını az adam əldə edir, innovativ “8K” isə hərkəs üçün əlçatan deyil. Buna görə “Full HD” və “4K” arasında seçim etməlisiniz.

“LED”, “QLED”, “OLED” və “Nano Cell” necə fərqlənir?

Bu, 3 fərqli matrisa tipləridir, onların vəzifəsi rəng əks etdirilməsinin və ekran əlvanlığın keyfiyyətini təmin etməkdir. Əlbəttə ki, bütün matrisalar fərqlənir, hərəsinin öz üstünlükləri və nöqsanları var.

Yenilənmə tezliyinin indeksi nədir?

Çoxdan televizor almamısınızsa, yenisinin seçimi sadə görünə bilər, axı böyük diaqonalı və yüksək qətnaməsi olan tanınmış brend məhsulunu almaq lazımdır.

Smart və yaxud sadə?

Siz televizorunuzda tək “TV” kanallarını izləyə yox, müxtəlif verilişləri izləmək və brauzerdən istifadə etmək üçün internətə girməyi planlaşdırırsızsa, sizə “Smart TV” lazım olacaq. Həm “YouTube”, “IVI” və “Netflix” kimi müxtəlif tətbiqlərə və video xostinqlərə çıxışınız olacaq.

 “HDR” texnologiyası lazımdırmı?

 Televizorların çoxusu “HDR” (genişlənmiş dinamik diapazon) texnologiyasını dəstəkləyir. O, əlvanlıq və kontrastlığın səhnəyə görə dəyişdiyi sayəsində şəkli daha təravətli və realistik edir. Həmçinin, şəkil gözlər üçün daha rahat olur.

 Televizora “Wi-Fi” və “Bluetooth” lazımdırmı?

 Tələbkar istifadəçisinizsə, sözsüz ki, lazım olacaq. Yuxarıda qeyd etdiyimiz kimi, televizorun internetə çıxışı striminq xidmətlərinə, onlayn kinoteatrlarına, iri həcmdə video və musiqiyə yol açacaqdır.

 Neçə edəd “HDMI” çıxışı olmalıdır?

Əlbəttə ki, bu, neçə edəd cihaz qoşmaq istədiyinizdən asılıdır. Müasir modellərdə çıxışların sayı minimuma salınıb. Video və səs “HDMI” vasitəsilə yönləndirilir, buna görə azından bir çıxış bütün televizorlarda vardır. Çıxışların sayı azından 2, yaxud da 3 və daha çox olmalıdır.

Səsi hansı xüsusiyyətlərə əsaslanaraq yoxlamaq olar?

Ən yaxşısı canlı dinləməkdir, çünki səs keyfiyyəti çox fərdi bir göstəricidir. Birincisi, dinamiklər müxtəlif yerlərdə yerləşə bilər, misal üçün, ekranın altında, və ya ekranın özünə quraşdırılan. İkincisi, səs keyfiyyəti müxtəlif tətbiqlər vasitəsilə yaxşılaşdırıla bilər.

Televizorların hansı lazımsız funksiyaları var?

“3D” – vaxtı ilə dəbli olan bu texnologiya artıq televizorlarda istifadə olunmur. O, yalnız anbarda qalan modellərdə rast gələ bilər. Əyməli televizor – bu icad praktik yox, uğursuzdur. Belə ekranlara yalnız yaxından və müəyyən bucaqdan baxmaq olur, əks halda şəkil körlanır. İstehsalçıların çoxusu bu modellərin istehsalını dayandırıb./ted.az

Xəbər lenti