Xəzər Xəbər

Rusiyada oyun aludəçiliyi xəstəlik sayılacaq

Texnologiya | 17:55 • 26 Aprel 2021
Rusiyada oyun aludəçiliyi xəstəlik sayılacaq

Rusiyada oyun aludəçiliyi xəstəlik kimi tanınacaq.

“İzvestiya” nəşrinin məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.  

Məlumata əsasən, oyun aludəçiliyi funksional beyin pozğunluğu olmaqla “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı” adlı çoxcildliyə daxil ediləcək.

Qeyd olunur ki, 55 cilddən ibarət nəşrin elektron variantda istifadəyə verilməsi planlaşdırılır.

Xəbər lenti