Xəzər Xəbər

Başqa əşyaları tapmağa kömək edəcək "ağıllı" cihaz təqdim edilib

Texnologiya | 15:36 • 22 Aprel 2021
Başqa əşyaları tapmağa kömək edəcək "ağıllı" cihaz təqdim edilib

"Apple" şirkəti başqa əşyaları tapmağa kömək edəcək "AirTags" adlı ilk "ağıllı" cihazını təqdim edib.

Xezerxeber.az xarici saytlara istinadla xəbər verir ki, sözügedən qurğu qulaqlıqdan avtomobilədək istənilən əşyanı tapmağa imkan verir. Cihaz "Apple" qurğularına quraşdırılmış Lokator proqramı ilə birgə işləyir.

Şirkətin nümayəndəsi qurğunun məxfilik qaydalarına riayət edərək insanları izləməyəcəyinə vəd verib.

Qiyməti 29 dollar təşkil edəcək "AirTags" cihazı aprelin 23-də ABŞ-da satışa çıxarılacaq.

Xəbər lenti