Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

NASA helikopterinin Marsa ilk uçuşu barədə açıqlama yaydı

Texnologiya | 42 | 09:09 • 7 Aprel 2021
NASA helikopterinin Marsa ilk uçuşu barədə açıqlama yaydı

“Ingenuity” helikopterinin Marsa birinci sınaq uçuşu bazar günündən tez olmayacaq.

Bu barədə ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) mətbuat xidməti bildirib.

Daha əvvəl məlumat verilib ki, “Ingenuity” ilk uçuşunu təxminən aprelin 8-də edəcək. Lakin NASA dəqiqləşdirib ki, bu, bir neçə gün sonra olacaq, ancaq bununla belə, agentlik uçuşun təxirə salınmasının səbəblərini açıqlamayıb.

Helikoterin təxminən üç metr hündürlükdə olacaq uçuşu uğurlu olacağı halda gələcəkdə təxminən 5 metr yüksəklikdə reallaşacaq. NASA vurğulayıb ki, bu, aparatın başqa bir planetin səthindəki "ilk ötürücü və idarə olunan uçuşu" olacaq./report

Çox oxunanlar