Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Feysbuk istifadəçilərin məlumatlarının oğurlanması səbəbini açıqladı

Texnologiya | 47 | 08:55 • 7 Aprel 2021
Feysbuk istifadəçilərin məlumatlarının oğurlanması səbəbini açıqladı

Feysbuk sosial şəbəkəsi bildirib ki, bu yaxınlarda 530 milyondan çox istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına səbəb onun sisteminə haker hücumu yox, cinayətkarların veb-resurslar yolu ilə şəxsi məlumatlara keçidi alması olub.

Bu barədə feysbukun rəsmi saytında dərc edilmiş xəbərdə deyilir.

"Anlamaq əhəmiyyətlidir ki, cinayətkarlar informasiyanı bizim sistemlərimizdən haker hücumu yolu ilə yox, məlumatların platformamızdan çıxarılmasının köməyi ilə əldə etdilər", - açıqlamada deyilir. Qeyd edilir ki, sistemin məlumatların itkisinə səbəb olan çatışmazlıq aradan qaldırılıb.

Daha əvvəl bildirilirdi ki, feysbukun 533 milyon nəfərdən çox istifadəçisinin şəxsi məlumatları haker forumuna yerləşdirilib. Forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə, 106 ölkədən olan istifadəçilərin tam adları, yerləri, doğum tarixləri, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları yayılıb./report

Çox oxunanlar

25 dərəcə isti olacaq
31 | 09:16 • 15 Aprel 2021