Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

“Microsoft Edge” brauzerinin klassik versiyasının dəstəyi dayandırılır

Texnologiya | 399 | 16:39 • 5 Mart 2021
“Microsoft Edge” brauzerinin klassik versiyasının dəstəyi dayandırılır

“Microsoft” korporasiyası martın 9-da klassik “Edge” brauzerini deaktiv edəcək.

Xezerxeber.az xarici saytlara istinadla xəbər verir ki, jurnalistlər “Microsoft”un dəstək xidmətinin nümayəndələrinin müraciətinə diqqət yetiriblər. Müraciətdə deyilir ki, “Windows” əməliyyat sistemi üçün yeni yeniləmə paketinin quraşdırılmasından sonra “Edge” brauzerinin köhnə versiyası sistemdən silinəcək. Aprelin 13-dən yayılmağa başlanacaq yeniləmənin quraşdırılmasından sonra artıq “Edge” brauzerinin klassik versiyasından istifadə etmək mümkün olmayacaq.

Həmçinin korporasiyanın nümayəndələri brauzerin klassik versiyasına dəstəyin dayandırılacağı müddəti açıqlayıblar. Martın 9-dan etibarən brauzer təhlükəsizlik yeniləmələri daxil olmaqla yeniləmələr almayacaq.

Yeni “Edge” brauzeri daha yaxşı təhlükəsizliyi və “Microsoft”un ekosistemi ilə uyğunluğu təmin edir.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
93 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
304 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021