Bakı 15 ℃
Xəzər Xəbər
USD 1.7

Türkiyə ikinci S-400 polkunun alınması imkanlarını nəzərdən keçirir

Texnologiya | 205 | 15:16 • 3 Mart 2021
Türkiyə ikinci S-400 polkunun alınması imkanlarını nəzərdən keçirir

Ankara Rusiyadan S-400 zenit-raket sistemlərinin ikinci polkunun alınması imkanlarını nəzərdən keçir.

Bunu Türkiyə Müdafiə Sənayesi Birliyinin rəhbəri İsmail Demir NTV telekanalına müsahibəsində deyib. “S-400 zenit-raket sistemlərinin ikinci polkunun alınması üzrə çalışmalarımız davam edir", - deyə o bildirib.

İsmail Demirin sözlərinə görə, Türkiyə öz müdafiə sistemlərini hazırlamaqla, Silahlı Qüvvələrin gücləndirilməsi üzərində də işləyir. Bu il Türkiyə ordusunun "Sunqur" və "Hisar-A+" sistemləri ilə təchizatına başlanılacaq. Həmçinin hava hücumuna qarşı yerli "Sipər" sisteminin hazırlanması işləri də davam edir.

Türkiyə Müdafiə Sənayesi Birliyinin rəhbəri S-400 zenit-raket sistemlərinin alınması ilə bağlı ABŞ tərəfindən tətbiq olunan sanksiyaların Ankaraya ciddi təsir göstərmədiyini, Vaşinqtonun bu məsələdə tutduğu mövqeyin yanlış olduğunu deyib.

Çox oxunanlar