Xəzər Xəbər

Azərbaycanda elektronika məhsulları ucuzlaşacaq ŞAD XƏBƏR

Bu ilin sonuna kimi "Xiaomi", "Samsung", "Huawei", "Honor" və s. kimi iri texnologiya şirkətləri Türkiyədə  müəssisələrini açaraq fəaliyyətə başlayacaq. 
Texnologiya | 13:48 • 23 Fevral 2021
Azərbaycanda elektronika məhsulları ucuzlaşacaq
Bu ilin sonuna kimi "Xiaomi", "Samsung", "Huawei", "Honor" və s. kimi iri texnologiya şirkətləri Türkiyədə  müəssisələrini açaraq fəaliyyətə başlayacaq. 
 
Bu isə öz növbəsində Türkiyədə elektrotexnika məhsullarının ucuzlaşmasına gətirib çıxaracaq. 
 
Maraqlıdır, qonşu ölkədə bu cür şirkətlərin fəaliyyətə başlaması Azərbaycan üçün nə vəd edir? Bizdə necə, telefon və digər texnika məhsullarında qiymət dəyişikliyi olacaq?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan elektronika mühəndisi İlkin Nəsirli Türkiyədə bu cür şirkətlərin açılmasının Azərbaycandakı qiymətlərə də təsir edəcəyini bildirib:
 
"Bizdə qiymətlərin aşağı düşməməsi üçün əsas problemlərdən biri gömrük rüsumlarının çox olmasıdır. Əgər rüsumlar aşağı düşməzsə, ciddi ucuzlaşma müşahidə etməyəcəyik. Karqo xərclərinə görə məhsullarda 20-30 dollar ucuzlaşma olacaq". 
 
Ekspert texnologiya şirkətlərinin Azərbaycanda da fəaliyyət göstərə bilməsi məsələsinə aydınlıq gətirib:
 
"Həmin şirkətlərin Azərbaycanda nümayəndəliyinin yaradılması üçün yaxşı mütəxəssislər lazımdır. Universitetlər ilk növbədə bu günün tələblərinə uyğun kadrlar hazırlamalıdır. Bundan sonra belə şirkətlətin Azərbaycanda da qurulması mümkün ola bilər. Bu tədbirlər görülməzsə, sadəcə olaraq Azərbaycanda hansısa avadanlıqlar yığıla bilər".
 
Sfera.az

Xəbər lenti