Xəzər Xəbər

Bu şəxslərin hesabları deaktiv ediləcək - "WhatsApp"dan daha bir qalmaqallı QƏRAR

WhatsApp istifadəçi və gizlilik şərtlərinə yenilənmə gətirir. 
Texnologiya | 16:22 • 22 Fevral 2021
Bu şəxslərin hesabları deaktiv ediləcək - "WhatsApp"dan daha bir qalmaqallı QƏRAR

WhatsApp istifadəçi və gizlilik şərtlərinə yenilənmə gətirir. 

Bəs 15 May tarixinə qədər bu şərtləri qəbul etməyənləri nə gözləyir?

Bu barədə texnobloger, Prezident mükafatçısı Fərid Pərdəşünas məlumat verib. O bildirib ki,  "WhatsApp" yeni şərtlərini qəbul etməyənləri aşağıdakı hallar gözləyir:

* Razılaşmanı qəbul etməsəniz, ancaq bildirişləri alacaqsınız və zənglər edə biləcəksiniz.

* Razılaşmanı qəbul etməsəz, 120 günlük bir məhdudiyyət olacaq profilinizə.

* Bu müddət ərzində qərar verib, razılaşmanı qəbul etməlisiniz.

* Bunu qəbul etməsəniz, 120 gün sonra profiliniz deaktiv olunacaq və məlumatlar silinəcək.

* Əgər, razılaşmanı qəbul etmək istəmirsinizsə, 120 gün ərzində fayllarınızı yedəyə almalısınız ki, silinməsinlər.

Texnobloger qeyd edib ki, "WhatsApp" heç bir halda yazışmaları oxumayacaq və zəngləri dinləməyəcək./Sfera.az

Xəbər lenti