Xəzər Xəbər

“İti qovan” PUA-ları beynəlxalq sərgidə

Texnologiya | 12:18 • 22 Fevral 2021
“İti qovan” PUA-ları beynəlxalq sərgidə

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən seriyalı istehsalına başlanan yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” Pilotsuz Uçuş Aparatları (PUA) Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir. 

Xezerxeber.az xəbər verir ki, artıq Azərbaycan Ordusunun istifadəsində olan “İti qovan” PUA-ları sərgi iştirakçılarının marağını cəlb edib. 

Dünyanın inkişaf etmiş  59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatıldığı “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində həmçinin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, mina atanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.

“IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi öz işini fevralın 25-dək davam etdirəcək. 

Xəbər lenti