Xəzər Xəbər

Marsda yaşamağı bacaran orqanizmlər tapıldı

Mars planetinin atmosferi şəraitində böyüyə və inkişaf edə bilən mikroorqanizmlər aşkar ediblər.
Texnologiya | 11:58 • 19 Fevral 2021
Marsda yaşamağı bacaran orqanizmlər tapıldı

Almaniyadakı Bremen Universitetinin alimləri Mars planetinin atmosferi şəraitində böyüyə və inkişaf edə bilən mikroorqanizmlər aşkar ediblər.

Bu barədə "Frontiers in Microbiology” jurnalında dərc olunan araşdırmada qeyd olunub. Elmi işdə bildirilib ki, siyanobakteriyalar və ya mavi-yaşıl yosunlara əsaslanaraq Mars səthində yaşayacaq insanlar üçün həyatı dəstəkləyən sistemlər yaratmaq mümkündür.

Alimlər müəyyən edib ki, siyanobakteriyalar aşağı təzyiqə baxmayaraq Mars atmosferindəki qazları karbon və oksigen mənbəyi olaraq istifadə edərək həyatını davam etdirə bilir./report

Xəbər lenti