Xəzər Xəbər

NASA-nın aparatı Marsa eniş etdi

Kosmik missiyanın əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir.
Texnologiya | 10:32 • 19 Fevral 2021
NASA-nın aparatı Marsa eniş etdi

ABŞ Milli Aeronavtika və Fəza Agentliyinin (NASA) Mars planetinə “Atlas V” raketi vasitəsilə göndərdiyi “Perseverance” adlı aparat qırmızı planetə eniş edib.

Eniş təxminən yeddi dəqiqə davam edib. Bu müddət ərzində bütün əməliyyatlar avtomatik həyata keçirilib. Kosmik missiyanın əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir.

“Perseverance” aparatı 7 alətdən ibarətdir və onlar Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar.

Aparat 23 ədəd kamera ilə təchiz olunub, 2 ədəd mikrofon vasitəsilə alimlər Mars səthində olan səsləri qeydə ala biləcəklər./report

Xəbər lenti