Xəzər Xəbər

Hindistan "TikTok"a ömürlük qadağa qoydu

Texnologiya | 09:57 • 27 Yanvar 2021
Hindistan "TikTok"a ömürlük qadağa qoydu

Hindistanın Elektronika və informasiya Texnologiyaları Nazirliyi "TikTok” da daxil olmaqla Çinin 59 tətbiqetməsinin ölkədə istifadəsinə həmişəlik qadağa qoyub.


Bu barədə NDTV kanalı məlumat yayıb.


Ötən ilin iyununda Hindistan hökuməti ölkənin suverenliyi, bütövlüyü və milli təhlükəsizliyi üçün "zərərli" hesab etdiyi 59 tətbiqetmənin istifadəsini müvəqqəti dayandırmışdı. Hökumət həmin tətbiqetmələrin səlahiyyətli şəxslərinə gizlilik və təhlükəsizlik daxil olmaqla, bir sıra suallara cavab vermək tələbi ilə müəyyən müddət vermişdi. Lakin şirkətlər tərəfindən verilən cavablar hind rəsmiləri razı salmayıb. Bu səbəbdən 59 tətbiqetmənin istifadəsinə daimi qadağa qoyulub./Publika.az

Xəbər lenti