Bakı 2 ℃
Xəzər Xəbər
USD 1.7

“WhatsApp”dan son qalmaqala görə YENİ QƏRAR

Texnologiya | 352 | 09:44, 16 Yanvar
“WhatsApp”dan son qalmaqala görə YENİ QƏRAR

"WhatsApp” istifadəçi müqaviləsinə 8 fevralda tətbiq edəcəyi yenilənmənin icrasını təxirə salıb.


Bu barədə "WhatsApp” rəhbərliyinin bəyanatında qeyd olunub.


Messenger yeniləmənin tətbiqetmə tarixini 8 fevraldan 15 may tarixinə qədər dəyişdirib.


"Sosial şəbəkə rəhbərliyi istifadəçilərə yeni siyasəti izah edə bilmək, şərtləri nəzərdən keçirib qəbul etmələri üçün onun tətbiq edilməsini 16 may tarixinə qədər təxirə salır. Fevralın 8-i heç bir hesab bloklanmayacaq və silinməyəcək”, məlumatda qeyd olunub.


Qeyd edək ki, dünyanın ən çox işlədilən messenceri "WhatsApp” 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını bəyan edib.


Belə ki, "WhatsApp” messencerinin istifadəçi müqaviləsinə əlavə olunmuş yeni bəndə görə istifadəçi öz şəxsi məlumatlarını "Facebook” şirkətinə təqdim etməlidir.


Yeni bəndə görə "Facebook” şirkətinin bir parçası olan "WhatsApp” öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin "bütün əlavələr ailəsi”lə paylaşacaq. Belə ki, həmin məlumatların hər istifadəçi üçün fərdi reklam zərfi seçmək, ona ən uyğun xidmətlər göstərmək üçün zəruri olduğu bildirilir.


Şəxsi məlumatlar arasında istifadəçinin yerləşdiyi ərazi, "ailə”yə aid yüklədiyi və ya sildiyi proqramlar, sosial şəbəkələrdəki iştirakı əhəmiyyət kəsb edir.


Sonradan "WhatsApp” rəhbəri Uill Katkart bildirib ki, yeni qaydanın tətbiqi heç də istifadəçilərin şəxsi yazışmaları və zəngləşməsinin messencer, yaxud "Facebook” üçün əyaniləşəcəyi demək deyil, yeni gizlilik siyasətinin tətbiqi şəffaflığı artırılmasına, şəxsi akkauntlarla kommersiya xarakterli akkauntlar arasındakı məqamları istifadəçilərə daha səlis çatdırılmasına yönəlir./report

Çox oxunanlar