Xəzər Xəbər

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Texnologiya | 15:29 • 15 Yanvar 2021
“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

"WhatsApp” messencerində böyükhəcmli mesaj massivi ilə işləməyi asanlaşdıracaq "Read Later” (sonra oxumaq) funksiyası istifadəyə veriləcək.


Xezerxeber.az xarici saytlara istinadla xəbər verir ki, yeni funksiya "Archive” (arxiv) funksiyasını əvəz edəcək. Yeni funksiya messencerin "Android” üçün versiyalarında beta sınaqdan keçirilir. Tezliklə başqa platformalar üçün də əlçatan ola bilər.


Əvvəllər arxivləşdirmə vaxtı istifadəçiyə mesaj göndərilməsi dayandırılırdı, indi isə bölmə yuxarıda bərkidiləcək, istifadəçilər mesajları həmin bölmədə görə biləcək, amma bildiriş gəlməyəcək.

Xəbər lenti