Xəzər Xəbər

Amerikanların "Telegram"a böyük köçü 3 günə 545 min nəfər...

Texnologiya | 17:33 • 12 Yanvar 2021
Amerikanların "Telegram"a böyük köçü

Telegram son günlər ABŞ-da ən çox yüklənilən ikinci tətbiqə çevrilib.


XəzərXəbər bildirir ki, Sputniknews-un məlumatına görə, ABŞ prezidenti Donald Trampın "Twitter" və "Facebook" hesablarının bloklanmasından sonra "Telegram" istifadəçilərinin sayında ciddi artım yaranıb.


Statistikaya görə, ötən həftənin cümə günündən bazar gününə kimi ABŞ-da təxminən 545 min nəfər "Telegram" proqramını yükləyib ki, bu da hər zamankı rəqəmlərdən 3 dəfə çoxdur.


Qeyd edək ki, "Telegram" mesajlaşma şəbəkəsi 2013-cü ildə Rusiyada yaradılıb. Hazırda 400 milyondan çox aylıq istifadəçisi var./Milli.Az

Xəbər lenti