Xəzər Xəbər

iPhone 13 modelləri hansı ekranlara sahib olacaqlar?

Texnologiya | 23:24 • 15 Dekabr 2020
iPhone 13 modelləri hansı ekranlara sahib olacaqlar?
İnsayderlərin çoxsaylı proqnozlarına baxmayaraq bu il təqdim olunmuş iPhone 12 smartfonlarından heç biri 60 Hz-dən yuxarı təsvir yenilənməsinə sahib ekran əldə etmədi. The Elec saytının yeni hesabatı isə gələn ilki iPhone 13 modellərinin ekranları barəsində məlumatı özündə birləşdirir. Görünür, 2021-ci ildə Apple şirkəti öz pərəstişkarlarına sürprizlər edəcək. Beləliklə jurnalistlərin verdikləri məlumata əsasən gələn ilki iPhone 13 üçün OLED ekranların böyük hissəsi (130 milyona yaxın OLED ekran) Samsung Display tərəfindən istehsal olunacaq. Apple şirkətinin keyfiyyət testindən keçəcəkləri halda 30 milyon OLED ekran LG tərəfindən, 10 milyon OLED ekran isə BOE tərəfindən istehsal olunacaq. 

Bununla belə LTPO texnologiyası üzrə hazırlanacaq Samsung ekranlarının bir hissəsi yüksək təsvir tezliyini və Always on Display funksiyasını dəstəkləyəcək. LTPS texnologiyasından fərqli olaraq LTPO texnologiyası əsasında hazırlanan OLED ekranlarda enerji sərfiyyatı 20% aşağı endirilə bilər. Gözləntilərə əsasən 120 Hz-lik təsvir yenilənməsi ilə Always on Display funksiyasını yalnız iPhone 13 Pro və iPhone 13 Pro Max modelləri əldə edəcəklər. Çox güman ki, iPhone 13 Pro modeli 6.67 düym ekran, iPhone 13 Pro Max modeli isə 6.06 düym ekran əldə edəcək. Adi iPhone 13 modelinə gəldikdə isə onun 5.42 düym ekran ilə təchiz olunacağı gözlənilir. (technote.az)

Xəbər lenti