Xəzər Xəbər

Havada güclü olan ölkələr - Azərbaycan Ermənistandan qat-qat üstündür - HESABAT

Texnologiya | 19:50 • 13 Dekabr 2020
Havada güclü olan ölkələr -
"Flight International” jurnalı dünya ölkələrinin hərbi hava qüvvələrinə dair hesabatını açıqlayıb. 


Xezerxeber.az həmin jurnala istinadən xəbər verir ki, hesabatda Azərbaycan Hərbi Hava Qüvvələrinin Ermənistandan üstün olduğu göstərilir. 


Məlum olur ki, Azərbaycanla müharibədə məğlub olmuş Ermənistanda hərbi təyyarələrin sayı 2,5 dəfə azdır. Yəni Azərbaycanın "MiQ -21”, "MiQ-29” və "SU-25” tipli qırıcı təyyarələri say baxımından Ermənistanın sahibi olduğu təyyarələrdən qat-qat çoxdur. Məsələn, Azərbaycanın 29 (5 ədəd MiQ-21, 13 ədəd MiQ-29, 11 ədəd SU-25) Ermənistanın isə 11 ədəd "SU-25" təyyarəsi mövcuddur. 


Qeyd edək ki, rəqəmlərin müharibədən əvvəl və ya sonraya aid olduğu məlum deyil. Çünki Vətən müharibəsi zamanı Ermənistana məxsus azı 4 ədəd "SU-25" təyyarəsi vurulub. 


Xəbər lenti

Çox oxunanlar