Xəzər Xəbər

“Microsoft Xbox One X” qurğusunun istehsalı dayandırılır

Texnologiya | 16:56 • 17 İyul 2020
“Microsoft Xbox One X” qurğusunun istehsalı dayandırılır

Yeni nəsil "Xbox Series X” oyun qurğusunun buraxılışa hazırlanması "Microsoft” korporasiyasını üç "Xbox One” modelinin ikisinin istehsalından imtina etməyə məcbur edib. İstehsalı dayandırılan modellər sırasına nisbətən bahalı və məhsuldar "Xbox One X”, eləcə də optik disklə təchiz edilməyən nisbətən ucuz "Xbox One S All-Digital Edition” daxildir.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bununla yanaşı, adi "Xbox One S” modelinin istehsalı və satışı davam etdiriləcək. Son həftələr pandemiya səbəbindən oyun qurğularına artan tələbat fonunda pərakəndə satış nöqtələrində "Xbox One X” və "Xbox One S” oyun konsollarında çatışmazlıqla bağlı məlumatlar yayılmağa başlayıb. Korporasiya nümayəndələri bildirib ki, əksər pərakəndə satış nöqtələrində oyun konsolunun bütün modelləri müəyyən müddət üçün ehtiyat edilib.


Bundan başqa, gələcək "Series X” modelinin hazırkı "Xbox” versiyasından hansı fərqlərə görə geri qalacağı məlum olub. Belə ki, yeni qurğu "Kinect” kontrolleri ilə uyğunluq təşkil etməyəcək – onu tələb edən oyunlar sadəcə işləməyəcək. Bununla bağlı "Xbox” istiqamətinin rəhbəri Fil Spenser qeyd edib ki, "Xbox Series X” modelinin "Kinect” ilə uyğunluğunu təmin etmək qeyri-mümkündür.


"Xbox Series X” modelinin ilin sonunda – onun əsas rəqibi "Sony PlayStation 5” oyun konsolu ilə eyni vaxtda satışa çıxarılacağı gözlənilir.

Xəbər lenti