Xəzər Xəbər

Hovuz üçün koronavirusdan qoruyan maska icad edilib

Texnologiya | 10:12 • 7 İyun 2020
Hovuz üçün koronavirusdan qoruyan maska icad edilib

Yaponiyada üzgüçülük məktəbi müəllimləri üçün koronavirusun yayılmasından qoruyan xüsusi su keçirməyən maska ​​hazırlanıb.

Bu barədə "The Asahi Shimbun" qəzeti bildirib.

Məhsul adi bir tibbi maska ​​şəklindədir, yalnız o polivinil xloriddən hazırlanıb və ortada burun xətti boyunca sərt bir til var. Bu, maskanın ​​içərisində hava keçməsi üçün imkan yaradır, suyun təsirindən keyfiyyətini itirmir və üzməyə mane olmur.

Belə qoruma vasitəsi yaratmaq ideyası keçmiş peşəkar üzgüçü, "Rockin pool" şirkətinin rəhbəri Dzünye Nisiqaveyə aiddir.

Xəbər lenti