Xəzər Xəbər

Yaponiyada poçt daşımaları dronlarla aparlır

Texnologiya | 14:34 • 8 Noyabr 2018
Yaponiyada poçt daşımaları dronlarla aparlır

Yaponiya poçtu ilk dəfə iki şöbəsi arasında korrespondensiyaları tam muxtar rejimdə uçan dronlar vasitəsilə çatdırmağa başlayıb.


AZƏRTAC xəbər verir ki, bu ölkə ərazisində həyata keçirilən ilk bu tip əməliyyat hesab edilir.


Dronlar vasitəsilə daşınma noyabrın 7-də Fukuşima prefekturasının Minamişoma şəhərindən başlanıb.


Pilotsuz uçan aparat iki kiloqramlıq yük ilə qonşuluqda yerləşən Namie şəhərinə doğru hərəkət edib. Onun tam orta məktəbin şagirdləri tərəfindən çəkilmiş dron şəkillərini və konditer məhsulunu daşıdığı bildirilir.


Dron 9 kilometrlik məsafəni qət edərək, Namiedə yerləşən poçt məntəqəsinə cəmi 15 dəqiqəyə çatıb.

Xəbər lenti

Çox oxunanlar