Xəzər Xəbər

"Messenger"in yeni versiyası istifadəyə verilib

Texnologiya | 09:14 • 24 Oktyabr 2018
"Messenger"in yeni versiyası istifadəyə verilib

"Facebook" sosial şəbəkəsi özünün mesajların ani mübadiləsi üzrə tətbiqi - "Messenger"in 4-cü versiyasını istifadəyə verib.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə şəbəkənin internet-bloqunda deyilir.


"Bu gündən başlayaraq biz "Messenger"in yeni, sadələşmiş versiyasını işə salırıq", - deyə məlumatda bildirilir.


Bloqda bildirildiyi kimi, "Facebook" araşdırma nəticəsində belə bir nəticəyə gəlib ki, sosial şəbəkənin istifadəçilərinin 70 faizi "Messeger"in istifadəsində ən əsas prioritet sadəliyi hesab edir: "Buna görə də tətbiqin yeni versiyasının interfeysi sadədir".

Xəbər lenti