Xəzər Xəbər

Rusiyanın müdaxiləsinə görə "Facebook"da təhlükəsizlik gücləndirilib

Texnologiya | 15:22 • 23 May 2018
Rusiyanın müdaxiləsinə görə "Facebook"da təhlükəsizlik gücləndirilib

"Facebook" sosial şəbəkəsi ehtimal olunan "Rusiya müdaxiləsi"nə görə informasiyaların qorunması tədbirlərini gücləndirib.

Trend-in məlumatına görə, bunu "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberq deyib.

O bildirib ki, bu, 2016-cı ildə ABŞ-da prezident seçkilərindən sonra baş verib.

M.Tsukerberq deyib: "Seçkilər dövründə, xüsusən Fransa və Almaniyada, ABŞ-da keçirilən 2016-cı il seçkilərindən sonra Rusiya tərəfdən gələ biləcək müdaxilələri nəzərə alaraq təhlükəsizliyi gücləndirmişik".

Xəbər lenti