Xəzər Xəbər

Ən təhlükəli virusların reytinqi açıqlandı - SİYAHI

Texnologiya | 14:36 • 23 Oktyabr 2017
Ən təhlükəli virusların reytinqi açıqlandı -

Kibertəhlükəsizlik sahəsindəki mütəxəssislər ən təhlükəli ziyanverici proqram təminatının reytinqini dərc ediblər.

 

İKT.lent.az-ın Runews24.ru saytına istinadən məlumatına görə, müvafiq araşdırmanı "Global Threat Impact Index” şirkətinin analitikləri aparıblar.

 

"Locky” adlanan pul tələb edən virus ziyanverici proqram təminatı reytinqinə başçılıq edir. Pul tələb edən bu virus 11,5 faiz şirkətin kompüterlərinə yoluxub. Ötən ay adıçəkilən virusun hücumlarının sayının artığı qeydə alınıb.

 

İkinci yeri "RoughTed” ziyanverici proqramı tutub. Pul tələb edən proqramlardan biri olan "Globeimposter” isə üçüncü yerdə qərarlaşıb.

 

Mobil cihazlar üçün ən təhlükəli viruslar "Triada”, "Hiddad” və "Lotoor” olublar.

Xəbər lenti

Çox oxunanlar