Xəzər Xəbər

Qoşa kameralı yeni “Samsung” smartfonu nümayiş olunub

Texnologiya | 13:49 • 8 Sentyabr 2017
Qoşa kameralı yeni “Samsung” smartfonu nümayiş olunub

"Samsung” şirkəti Çin bazarı üçün nəzərdə tutulan yeni "Galaxy C8” smartfon modelini rəsmən təqdim edib.

Xezerxeber.az məlumat verir ki, modelin əsas xüsusiyyəti kimi 13 və 5 meqapikselli 2 moduldan ibarət əsas kamera qeyd olunur. Bundan başqa, qurğu ayrıca işıq diodlu işıqlandırıcıya malik 16 meqapikselli ön kamera ilə təchiz olunub.

Bildirilir ki, 1920x1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı "Super AMOLED” ekrana malik yeni qurğu səkkiznüvəli "MediaTek Helio P20” prosessoru əsasında işləyir. Smartfonun quraşdırılmış yaddaşı 32 giqabayt, operativ yaddaşı 3 giqabayt təşkil edir. Həmçinin qurğunun 64 giqabayt quraşdırılmış və 4 giqabayt operativ yaddaşa malik versiyası mövcuddur.

Bundan əlavə, "Galaxy C8” barmaq izi skaneri, "USB Type-C” çıxışı və 2 SİM kartın quraşdırılması üçün slotla təchiz edilib. Akkumulyator tutumu 3 min milliamper/saata bərabərdir, eləcə də "Fast Charge” sürətli enerjidoldurma funksiyası dəstəklənir.

"Galaxy C8” smartfonunun qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verməyən istehsalçı onu Çin ərazisində satmağı planlaşdırır.

Xəbər lenti