Xəzər Xəbər

Dünyaca məşhur müğənnidən karyerası ilə bağlı gözlənilməz qərar

Şou Biznes | 18:03 • 28 Oktyabr 2022
Dünyaca məşhur müğənnidən karyerası ilə bağlı gözlənilməz qərar

Tanınmış müğənni Adel karyerasında fasilə elan edib. 34 yaşlı britaniyalı məşhur buna səbəb kimi ingilis ədəbiyyatı üzrə təhsil almaq istəyini göstərib.

İfaçı bu addımı noyabra planlaşdırılan Las-Veqasdakı konsertindən sonraya saxladığını bildirib. 

“Veqasdan sonra mən ingilis ədəbiyyatı üzrə dərəcə almaq istəyirəm. Müğənnilikdə uğur qazanmasaydım, düşünürəm ki, mütləq müəllim olardım. Özü də ingilis ədəbiyyatı müəllimi”, - deyə müğənni bildirib.

Adel təhsilini bitirdikdən sonra bu ixtisas üzrə işləməyəcəyini vurğulayıb.

“Mən universitetə ​​getməyəcəyəm, onlayn şəkildə və repetitorla təhsil alacam. Bu, mənim 2025-ci il üçün planımdır. Sadəcə ixtisaslı olmaq istəyirəm”, - deyə ifaçı əlavə edib.

Xatırladaq ki, Adel bu ilin yanvarında Las-Veqasda başlanmasına 24 saat qalmış konsertini nədənsə təxirə salmışdı. O, göz yaşları içində komanda üzvlərinin yarısının koronavirusa yoluxduğu üçün səhnəyə çıxa bilməyəcəyini demişdi.

Qeyd edək ki, şou üçün biletlərin qiyməti 30.000 dollara (51.000 manat) qədər olub.

 

Mənbə: Daily Mail

Xəbər lenti