Xəzər Xəbər

Rok ulduzunun etirafı gündəm oldu: Dayısı oğlu əslində...

Şou Biznes | 17:13 • 24 Oktyabr 2022
Rok ulduzunun etirafı gündəm oldu: Dayısı oğlu əslində...

"U2" rok qrupunun solisti Bononun etirafı sevənlərini təəccübləndirib.

İfaçı dayısı oğlunun əslində qardaşı olduğunu və atasının qaynı arvadı ilə gizli münasibətini öyrəndiyini deyib. Məlumata görə, Bononun qardaşı dayısı Ceklə evli olan Barbaradan dünyaya gəlib.

“Mən həmişə dayım oğlunu və Barbaranı fərqli sevmişəm. Atamın anamdan narazı olduğunu bilirdim. Uşaqlar bunları hiss edə bilirlər. Atamın fikri həmişə başqa yerdə idi. Bu həqiqəti öyrənmək mənə rahatlıq gətirdi, onu anlamağa kömək etdi”, - solist bildirib.

Qeyd edək ki, İrlandiyanın əfsanəvi "U2" musiqi qrupunun solisti Bono bu yay verdiyi müsahibədə atasının gizli münasibətindən doğulmuş bir qardaşı olduğunu açıqlamış, amma başqa heç bir məlumat verməmişdi./Sfera.az   

Xəbər lenti