Xəzər Xəbər

Məşhur cütlük ekran qarşısında sirlərini açdı

Şou Biznes | 18:18 • 18 Oktyabr 2022
Məşhur cütlük ekran qarşısında sirlərini açdı

Məşhur aktyor Tolqahan Sayışman və xanımı Almeda Abazi səmimi etirafları ilə gündəm olub.

Türkiyə mediası xəbər verir ki, aktyor xanımının çox pul xərclədiyindən şikayıt edib.

Abazi evləndikdən sonra bəzi mənfi cəhətlərini düzəltməyə çalışdığını deyərkən Tolqahan Sayışman “Mühasibatı pisdir, bu məsələdə çətinlik çəkirik, xərclərdə fikir ayrılığı yaşayırıq” - deyib.

Lakin ərinin bu sözləri Almeda Abazini əsəbləşdirib: “Ooo. Bu, uşaqlardan sonra başladı. Heç qəbul etmirəm, iki uşaq sən istədin. İki uşaq ikiqat xərc deməkdir. İndi də üçüncüsünü istəyir”./publika.az

Xəbər lenti

Çox oxunanlar