Xəzər Xəbər

Azərbaycanlı müğənni İstanbulda döyülüb FOTO

O, polisə müraciət edib.
Şou Biznes | 15:23 • 11 Oktyabr 2022
Azərbaycanlı müğənni İstanbulda döyülüb

Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda taksi sürücüsü tərəfindən döyülüb.

Türkiyə KİV-i yazır ki, müğənni sürücüyə etirazını bildirdikdən sonra hücuma məruz qalıb.

Taksi sürcüsü sənətçinin başını yolun kənarındakı metal baryerə vurub. Ağır kəllə-beyin travması alan müğənni polisə müraciət edib.

Bağıyeva bildirib ki, işdən evə gedərkən avtomobilini sağ tərəfdən ötmək istəyən taksi sürücüsü onun maşınına çırpılıb. Müğənni siqnal verərək taksini saxlatmağa çalışıb, daha sonra isə sürücünün hücumuna məruz qalıb. Taksi sürücüsü onun telefonunu da sındırıb.

Xəbər lenti