Xəzər Xəbər

Hadisədən boşanmamış Hülya Avşarın qızı ilə sevgili oldu

Şou Biznes | 16:45 • 28 Sentyabr 2022
Hadisədən boşanmamış Hülya Avşarın qızı ilə sevgili oldu

Müğənni Hadisə ilə boşanma ərəfəsində olan Mehmet Dinçerler Hülya Avşarın qızı ilə görüntülənib.

XəzərXəbər bakupost.az-a istinadən bildirir ki, şou dünyasında yer alan xəbərə görə, boşanma qərarından sonra dostları ilə tətilə çıxan 34 yaşlı Dinçerler Hülya Avşar və Kaya Çilingiroğlunun 24 yaşlı qızı Zehra Çilingiroğlu ilə görüntülənib.

Oteldə vaxt keçirərkən görüntülənən cütlüyün eşq yaşadığı iddia edilib. Dostları ilə əyləndikdən sonra Çilingiroğlunun yanına gedən Dinçerlərin keyifli halları diqqətdən yayınmayıb.

Baş verənlərlə bağlı Hülya Avşar və Kaya Çilingiroğlundan heç bir açıqlama gəlməyib.

Xatırladaq ki, aprel ayında evlənən və evliliklərini gözlərdən uzaq yaşamağa üstünlük verən Mehmet Dinçerler və Hadisə cütlüyü boşanmaq qərarına gəlib. Bunun üçün Hadisə məhkəməyə müraciət edib.

Xəbər lenti