Xəzər Xəbər

Hande Erçelin 3 yaşlı bacısı qızı xərçəngdən müalicə olunur FOTO

Şou Biznes | 17:29 • 17 Sentyabr 2022
Hande Erçelin 3 yaşlı bacısı qızı xərçəngdən müalicə olunur

Türkiyənin məşhur aktrisası Hande Erçelin influenser bacısı Gamze Erçelin qızının səhhətində problem yaranıb.

Xezerxeber.az Türkiyə mediasına istinadla xəbər verir  ki, 2.5 yaşlı Aylin Mavin xərçəngdən müalicə olunur.

Mətbuatda yayılan xəbərlərdən sonra Gamze Erçel qızının sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

Xəbəri təsdiqləyən Erçel "Şokdan çıxdıq, qızımız Mavinin müalicəsinə başladıq", - deyə  sosial şəbəkə hesabında bildirib.

Qeyd edək ki, Hande və Gamzenin anası da eyni xəstəlikdən dünyasını dəyişib.

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024