Xəzər Xəbər

Ancelina Coli və Conni Depp Sankt-Peterburqda evləndilər

Şou Biznes | 16:00 • 11 Sentyabr 2022
Ancelina Coli və Conni Depp Sankt-Peterburqda evləndilər

Sankt-Peterburqun iki sakini toya diqqət çəkmək üçün adlarını dəyişiblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə informasiya 78.ru portalında yer alıb.

Belə ki, sentyabrın 8-də Conni Depp və Ancelina Coli 1 saylı Nikah Sarayında toy evləniblər.

Ulduz adlarını seçmək ideyası PR agentliyinin mütəxəssisləri tərəfindən ortaya atılıb. Rəssam İqor Rektor və psixoloq Yekaterina Kirpiçnikovanın sevgi hekayəsi şəxsiyyətin artırılması təlimində başlayıb. Qız orada işləyib, kişi isə treyninqə gəlib.

Xatırladaq ki, amerikalı aktrisa və müğənni Cennifer Lopez və amerikalı aktyor Ben Afflek nişandan 20 il sonra rəsmi nikaha daxil olublar. Mərasim iyulun 16-da Las-Veqasda baş tutub. (Bizim.Media)

Xəbər lenti