Xəzər Xəbər

4 ay öncə boşanan müğənni yenidən evlənir FOTO

Şou Biznes | 13:31 • 8 Avqust 2022
4 ay öncə boşanan müğənni yenidən evlənir

Türkiyəli müğənni Petek Dinçöz yenidən evlənir.

Bu barədə o İnstaqram hesabında paylaşım edib.
 
Mart ayında 8 illik həyat yoldaşı Serkan Kodaloğlundan boşanaraq oğlu ilə Mayamiyə köçən müğənni yeni münasibətə başlayıb.
 
İndiyə qədər şəxsi həyatı ilə bağlı heç bir açıqlama verməyən Petek "Xoşbəxt bir yuva yolunda atdığımız ilk addımımız xeyirli olsun. Rəbbim bizi bir-birimizdən ayırmasın" şərhi ilə nişan üzüklərini paylaşıb.
 
Dinçözün nişanından ilk kadrı təqdim edirik:
 
BakuPost

Xəbər lenti

Parisdə bazar yanır FOTO
19:22 • 25 Sentyabr 2022