Xəzər Xəbər

Necati Şaşmaz sevgilisinin doğum günündə görün nə etdi?

Şou Biznes | 14:41 • 7 Avqust 2022
Necati Şaşmaz sevgilisinin doğum günündə görün nə etdi?

"Kurtlar Vadisi" serialının unudulmaz qəhrəmanı Polad Ələmdarı canlandıran aktyor Necati Şaşmaz makiyaj artisti Tüğçe Erönun şərəfinə restoran bağlatdırıb.

Tüğçe Erönün 39 yaşının tamam olması münasibətilə aktyor Bodrumda həm restoran bağlatdırıb, həm də ona 39 orxideya hədiyyə edib. İddialara görə, Necati Tüğçenin yaxınlarını bir araya yığaraq onlar üçün məclis təşkil edib.

Restorandan gecə saat üç radələrində çıxan məşhurlar kameraları görəndə təşvişə düşüb. Necati Şaşmaz Tüğçenin yaxın dostu olduğunu deyib. Makiyaj artisti isə məclisdə "Bu, çox həssas bir vəziyyətdir, bizi anlamanızı xahiş edirik" - deyərək qonaqlardan telefondan istifadə etməməyi və fotolar çəkməməyi rica edib.

Sonra məlum olub ki, cütlük səhər restoran sahibini yığıb "mətbuata məlumat verdiniz, bizi çətin vəziyyətə saldınız" - deyərək onu qınayıb.

Qeyd edək ki, Necati Şaşmaz 2012-ci ildə evləndiyi Nagahan Kaşıkçıdan ötən il qalmaqallı şəkildə ayrılıb./publika.az

Xəbər lenti