Xəzər Xəbər

Türkiyəli pop-ulduzdan TƏRBİYƏSİZLİK: Şampanı klub işçisinin başına tökdü

Şou Biznes | 19:20 • 1 Avqust 2022
Türkiyəli pop-ulduzdan TƏRBİYƏSİZLİK: Şampanı klub işçisinin başına tökdü

Türkiyənin məşhur pop ifaçısı Demet Akalın ötən gün Bodrumda klubların birində çıxış edib.

Müğənni çıxışı zamanı etdiyi hərəkətlərlə diqqət çəkib.

Belə ki, Demet ona gətirilən şampanı bəyənməyərək spirtli içkini klub işçisinin başına töküb.

İçkinin limonaddan fərqlənmədiyini bildirən Demet daha yaxşı şampan istəyib.

Bir neçə dəqiqə sonra klub rəhbərliyi tərəfindən müğənninin istəyi yerinə yetirilib.

Daha sonra Akalın şampanı əylənməyə gələnlərin üstünə də töküb, sonra isə butulkanı başına çəkib.

İzləyicilər onun bu hərəkətini tərbiyəsizlik adlandırıblar.

Olay.az

Xəbər lenti

Çox oxunanlar