Xəzər Xəbər

Cazibədar aktrisa özünə beş milyonluq villa aldı

Şou Biznes | 17:51 • 1 Avqust 2022
Cazibədar aktrisa özünə beş milyonluq villa aldı

Bir zamanların reytinqli layihələrindən olan "Yaprak dökümü" serialının aktrisası Gökçe Bahadırdan xəbər var. 

Bu ilin fevralında evlənən aktrisa bahalı mənzili ilə diqqətləri üzərinə çəkib.

Bahadır özünə geniş ev alıb. Aktrisanın yeni mənzili turistlərin daha çox üz tutduğu istirahət mərkəzlərindən olan Alaçatıdadır.

Evin qiymətinin 5 milyon lirə (təxminən 474 min AZN) olduğu bildirilir.

Xatırladaq ki, Gökçe Bahadır musiqiçi Emir Ersoyla ailə həyatı qurub. 

Xəbər lenti