Xəzər Xəbər

Məşhur teleulduz Türkiyədə ağır qəza keçirdi: sevgilisi öldü

Şou Biznes | 18:25 • 4 İyul 2022
Məşhur teleulduz Türkiyədə ağır qəza keçirdi: sevgilisi öldü

İngilitərəli məşhur model, aktrisa və televiziya aparıcısı Yazmin Oukhellou sevgilisi Cek Robert Maklin ilə birlikdə Türkiyədə ağır qəza keçirib.

Hadisə Muğlanın Bodrum ilçəsində baş verib.

Belə ki, sükan arxasında olan C.R.Maklin qəfil idarəetməni itirib və nəticədə avtomobil yol kənarına aşıb.

Qəza zamanı sürücü həyatını itirib, sevgilisi televiziya ulduzu Y.Oukhellou isə ağır yaralanıb.

O, özəl xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Yazmin Oukhellou ən çox izlənilən "Esseks - yeganə yoldur" (The Only Way Is Essex) adlı teleserialda rol alır və modellik fəaliyyəti ilə də məşğuldur./axar.az

Xəbər lenti