Xəzər Xəbər

Məşhur aktyor "Çakır"ın serialından imtina etdi

Şou Biznes | 18:38 • 2 İyul 2022
Məşhur aktyor "Çakır"ın serialından imtina etdi

Türkiyəli məşhur aktyor İnanç Konukçu sürpriz bir addımı ilə pərəstişkarlarını təəccübləndirib.

36 yaşlı aktyor Oktay Kaynarcanın "Ben Bu Cihana Sığmazam" adlı yeni serialında rol almaqdan imtina edib.

O, yenidən çəkilməyə başlanılan "Behzat Ç" adlı serialda rol almaq qərarı verib. Lakin daha əvvəl serialın heyətinə daxil olduğu açıqlanan aktyorun bu addımı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, adı dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlindən götürülən "Ben Bu Cihana Sığmazam" serialı sentyabr ayında "ATV" telekanalında yayımlanmağa başlayacaq./Cebhe.info

Xəbər lenti