Xəzər Xəbər

Coni Dep məşhur filmlə yenidən ekranlara qayıdır

Şou Biznes | 13:35 • 29 İyun 2022
Coni Dep məşhur filmlə yenidən ekranlara qayıdır

Son zamanlar keçmiş həyat yoldaşı Amber Hörd ilə böhtan iddiası ilə gündəmə gələn amerikalı aktyor Coni Depin “Karaib dənizinin quldurları” layihəsinə qayıdacağı iddia edilib.

Amber Hördün ona qarşı təzyiq və şiddət ittihamlarından sonra karyerası tənəzzülə uğrayan məşhur “Karayib dənizinin quldurları” layihəsindən çıxarılan Coni Depə yeni iş təklifi edilib.

İddiaya görə, “Disney” aktyora 300 milyon dollarlıq yeni razılaşma təklif edib.Bildirilib ki, yeni layihə “Karayib dənizinin quldurları”nın 6-cı filmi olacaq və Cek Sparrovun həyatından bəhs edən “Disney+” serialı olacaq.

Qeyd edək ki, məşhur aktyor 6 həftəlik böhtan iddiası zamanı Cek Sparrov obrazını bir daha canlandırmayacağını desə də, studiyanın mümkün sövdələşmədən ümidli olduğu bildirilir.

Qeyd edək ki, Hollivud ulduzları Coni Deplə keçmiş həyat yoldaşı Amber Hörd arasındakı məhkəmə çəkişməsində Hördün təzminat ödəməsinə dair qərar qəbul edilib. Qərara əsasən, Hörd keçmiş həyat yoldaşı aktyora böhtan atdığına görə 15 milyon dollar ödəməlidir./Ölkə.Az

Xəbər lenti