Xəzər Xəbər

Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar: Hələ də şokdayam FOTO

Şou Biznes | 12:38 • 28 İyun 2022
Türkiyəli məşhurlar Cüneyt Arkının vəfatından yazdılar: Hələ də şokdayam

Bu gün məşhur aktyor Cüneyt Arkın dünyasını dəyişib.

XəzərXəbər xəbər verir ki, 85 yaşlı sevilən aktyorun vəfatı türk sənət dünyasını yasa boğub. Bir çox tanınmış aktyorlar və sənət adamları sosial şəbəkə hesablarında mərhumla bağlı paylaşımlar ediblər.

XəzərXəbər həmin paylaşımları təqdim edir:

Aktrisa Filiz Akın 

"Sanki bu acı xəbəri eşidəcəyimi hiss etmişdim. Buna görə də sabah televizoru açmaq istəmədim. Hələ də xəbərin təsirindən şokdayam. Danışa bilmirəm. Telefonlara cavab verə bilmirəm. Çox üzülürəm". 

Aktyor Emre Karayel

"Bütün filmlərini izləyən, uşaqlığı onun kinoları ilə keçən və "Battalqazi", "Kara Murat", Makoçoğlu" ilə böyümüş biri olaraq çox üzüldüm. Allah qəni-qəni rəhmət etsin, məkanı cənnət olsun, inşallah".

Prodüser Armağan Çağlayan

"Gülə-gülə, Kara Murat, gülə-gülə Malkoçoğlu, gülə-gülə dünyanı xilas edən adam. Yattığınız yer incitməsin".

Komediyaçı Ata Demirer

"Səni çox sevdik, nurlar içində yat, Cüneyt Arkın. Filmlərin kimi sən də hər zaman var olacaqsan!".

Aktyor və yazıçı İbrahim Büyükak

"Türk kinosunun gəlmiş keçmiş ən böyük aktyorlarından olan idealımız, "Battalqazi"miz, "Makoçoğlu"muz Cüneyt Arkını itirdik. Başımız sağolsun".

Teatr və kino aktyoru Ümit Erdim

"Məkanı cənnət olsun!".

Müğənni və model Gökhan Keser

"Çox önəmli  dəyərlimizi, böyük ustamızı itirdik. Çox üzüldüm. Məkanı cənnət olsun. Adı heç vaxt yaddaşlardan silinməyəcək. Allah yaxınlarına səbir versin".

Aktyor Celil Nalçakan

"Cüneyt bəy məncə, kinomuzun özülü idi. Daima da elə qalacaq. Ailəsinin və hamımızın başı sağ olsun. Məkanı cənnət olsun".

Xatırladaq ki, ötən gün Cüneyt Arkının qəfildən halı pisləşib. O, həyat yoldaşı Betül Cüreklibatırıən köməyi ilə xəstəxanaya yerləşdirilib. Tibb işçilərinin uzun müddət davam edən müdaxiləsinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb. 

Yaxınlarının məlumatına görə, aktyor ürəktutmasından vəfat edib. 

Türk kino sənətində silinməz iz buraxan Cüneyt Arkın daha çox "Battalqazi", "Kara Murat" və "Makoçoğlu" kimi populyar obrazlarla qəlblərdə taxt qurub. 

Xəbər lenti