Xəzər Xəbər

Tanınmış aktrisanın üzünü it parçaladı - 37 tikiş vuruldu

Şou Biznes | 14:54 • 23 İyun 2022
Tanınmış aktrisanın üzünü it parçaladı - 37 tikiş vuruldu

Türkiyəli aktrisa və müğənni Zeynep Dorukun başına iş gəlib.

Sənətçi Bodrumda qaldığı otelin qarşısında sahibsiz itin hücumuna məruz qalıb. O, bu haqda sosial şəbəkə hesabında bildirib:

"Üzümün sağ tərəfi paramparça oldu və qaşımım üstündəki sümük üzə çıxmışdı. 37 tikiş atdılar. Çox qorxdum, pis oldum. İşlərimi təxirə salmaq məcburiyyətində qaldım. Tikişlərdən sonra üzüm nəyə oxşayacaq bilmirəm. Amma son nəfəsimə qədər səssiz canları qoruyacağam. Heyvanları da insanlara dəyişən hala gəldim".

Qeyd edək ki, Zeynep Doruk "Seksenler" adlı ekran işində rol alıb./baku.ws

Xəbər lenti