Xəzər Xəbər

Hollivud ulduzunun son halı sevənlərini qorxutdu: Əli titrədi və..

Şou Biznes | 18:32 • 16 İyun 2022
Hollivud ulduzunun son halı sevənlərini qorxutdu: Əli titrədi və..

Hollivud ulduzu Tom Henksin son görünüşü pərəstişkarlarını qorxudub.

Aktyor  “Elvis” filmini tanıtmaq üçün Avstraliyaya gedib. Rejissoru Baz Luhrman olan kinonun ilk premyerası “Gold Coast”da baş tutub. Həmin tədbirdə Tom Henks də mikrofonu götürərək zaman-zaman zarafatlaşıb və  tamaşaçılara müraciət edib. Lakin bir detal məşhur aktyorun sevənlərini narahat edib. Belə ki, Henksin çıxış etmək üçün sağ əlində tutduğu mikrofonun titrədiyi diqqət çəkib. Məşhur aktyor buna mane olmaq üçün digər əli ilə dəstəkləməyə çalışıb.

Qeyd edək ki, Tom Henks bundan öncə,  pandemiyanın ilk günlərində həyat yoldaşı Rita Uilsonla birlikdə koronavirusa yoluxaraq fanatlarını qorxutmuşdu./Sfera.az

Xəbər lenti